Londonun ICE Futures birjasında Brent markalı avqust fyuçerslərinin qiyməti bir barel üçün 66,4 dollar təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,07 dollar (0,11%) aşağıdır.
Ucnoqta.az xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI neftinin fyuçersləri bu vaxta qədər 0,06 dollar (0,09%) ucuzlaşaraq bir barel üçün 64,52 dollar olub.