Çərşənbə günü ən aktiv şəkildə satılan qızıl fyuçersləri artan geosiyasi gərginlik və tariflər fonunda investorlar riskdən uzaqlaşdıqları üçün yeni rekorda imza atıblar.
Ucnoqta.az “Trading Economics”ə istinadən xəbər verir ki, aprel qızıl fyuçersləri çərşənbə günü ticarətdə 0,1% artaraq bir unsiya üçün 3,045 dollara satılıb.
Sessiya zamanı kotirovkalar bir unsiya üçün 3052,5 dollara çatıb.
İlin əvvəlindən qızılın qiyməti 14,6%, son 12 ayda isə 34,1% artıb.