ABŞ ordusu Qırmızı dənizdə "USS Harry Truman" təyyarədaşıyan gəmisinə hücum cəhdi zamanı Yəmənin Ənsar Allah (Husi) radikal hərəkatının 11 pilotsuz uçuş aparatını (PUA) vurub, bölgədəki digər gəmilərə də ziyan dəyməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən ABC telekanalı məlumat yayıb.
Məlumata görə, on PUA ABŞ Hərbi Hava Qüvvələri, biri isə dəniz təyyarəsi tərəfindən vurulub. Husilərin də bir ballistik raket atdığı, onun tutulmadığı və ABŞ gəmilərindən uzaq düşdüyü iddia edilir.