Semeru vulkanı bir gündə altı dəfə püskürüb

10:56 - 17 Mart 2025 - DÜNYA

İndoneziyanın mərkəzində yerləşən Şərqi Yava əyaləti ərazisində bir gündə Semeru vulkanının ən azı altı püskürməsi qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Antara agentliyi müşahidə postunun əməkdaşlarına istinadən məlumat yayıb.

Məlumata görə, kül sütunu vulkanın kraterindən təxminən 1000 m yüksəkliyə və ya dəniz səviyyəsindən 4676 m yüksəkliyə çatmışdır.

Semeru İndoneziyanın dördüncü ən yüksək vulkanıdır (dəniz səviyyəsindən 3676 m yüksəklikdə) və Yava adasındakı ən yüksək zirvədir.

Xəbər xətti