BMT Təhlükəsizlik Şurası üzvlərinin Suriyanın sahilyanı ərazilərində zorakılığı pislədiyi bəyanat layihəsi üzərində razılaşıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Rəsmi olaraq qəbul ediləcəyi gözlənilən sənəddə Suriyanın müvəqqəti hakimiyyət orqanları etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının müdafiəsini təmin etməyə çağırılır.
"Reuters"in qeyd etdiyi kimi, Təhlükəsizlik Şurasının üzvləri mövqelərinin birliyini vurğulayan bəyanatla razılaşmaq üzrə konsensus əldə ediblər.