İslam dünyası ölkələri ABŞ prezidenti Donald Trampın Qəzza zolağının sakinlərini zorla məskunlaşdırmaq planının həyata keçirilməsinə imkan verməyəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İslam dünyası Trampın planını heç vaxt razılıq verməyəcək. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) buna qarşı çıxacaq. Mən Trampın Netanyahu adlı qatillə razılaşmasını dünya sülhü üçün əsas təhlükə kimi görürəm.
Qəzza fələstinlilərindir, heç kimin Qəzzanı onların əlindən almağa haqqı yoxdur. Bu plana ən qısa zamanda yenidən baxılmasını gözləyirəm”, - Türkiyə prezidenti vurğulayıb.