Peskov Putin və Trampın qarşılıqlı dəvətlərini və görüş planlarını danışdı

13:39 - 13 Fevral 2025 - DÜNYA

 Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın hər iki ölkəyə səfər etmək üçün qarşılıqlı dəvətləri və onların ikitərəfli görüşünün təşkili fərqli proseslərdir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Qarşılıqlı dəvətlərin mübadiləsi bir şeydir, lakin ayrıca ikitərəfli görüşə diqqət yetirmək başqa prosesdir", - Kreml nümayəndəsi qeyd edib.

"Dəvət var və qarşılıqlı dəvət var, prezidentlər bunu qeyd ediblər", - Peskov əlavə edib.

"Ancaq hələlik bu məsələ ilə bağlı konkret anlaşma yoxdur".

Xəbər xətti