Almaniyanın məşhur bankı 4 minə yaxın işçinin ixtisar ediləcəyini təsdiqləyib

11:44 - 13 Fevral 2025 - DÜNYA

 Almaniyanın aparıcı banklarından biri olan Commerzbank 2027-ci ilin sonuna kimi 3,9 min iş yerinin ixtisar ediləcəyini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, maliyyə təşkilatının saytında dərc edilən açıqlamaya görə, bunlardan 3,3 mini Almaniyada ixtisar olunacaq.

Bununla yanaşı, Commerzbank əmin edib ki, bankın bir sıra bölmələrində, xüsusən də xaricdə - Polşa və Asiya ölkələrində yeni iş yerləri açılacaq ki, işçilərin sayı sabit səviyyədə təxminən 36,7 min qalacaq.

Xəbər xətti