ÇXR, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirləri görüşəcək

08:04 - 13 Fevral 2025 - DÜNYA

Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirləri martın 22-də Tokioda görüşməyi planlaşdırır.

Ucnoqta.az-ın məlumatına görə, Kyodo xəbər agentliyi xəbər verir ki, bu tədbirin proqramı yekun təsdiqlənmədən keçir.

Məlumata görə, eyni zamanda, Tokioda xarici işlər nazirlərinin və iqtisadi məsələlərə cavabdeh olan nazirlərin iştirakı ilə “Yüksək Səviyyəli Yaponiya-Çin İqtisadi Dialoqu”nun keçirilməsi də nəzərdə tutulub.

ÇXR, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirliklərinin rəhbərləri sonuncu dəfə 2023-cü ilin noyabrında Cənubi Koreyanın Busan şəhərində görüşüblər.

Xəbər xətti