61 yaşlı Bred Pittin yeni filminin tizeri yayılıb

05:46 - 13 Fevral 2025 - MAQAZİN

Amerikalı aktyor və kinoprodüser Bred Pitt yarış sürücülərindən bəhs edən F1 adlı yeni filmində üstsüz görünüb.

Ucnoqta.az xəbər verir ki, filmin tizeri IGN-in YouTube kanalında mövcuddur.

Videonun kadrlarından birində 61 yaşlı sənətçinin ağ idman şalvarı və qara-ağ yarış idman ayaqqabısı geyinərək divanda uzandığı görünür.
Eyni zamanda o, tatuajlarla örtülmüş çılpaq gövdəsini nümayiş etdirib. Videonun təsvirində filmin premyerasının bu yay planlaşdırıldığı bildirilir.

Xəbər xətti