Tehran Vaşinqtonla danışıqlardan imtina edir, çünki ABŞ diplomatiya dilini başa düşmür.
Ucnoqta.az xəbər verir ki, bu barədə respublika hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani bildirib.
Mohacerani deyib ki, güc dili danışıqlar prosesinin bir hissəsi deyil və elan edilmiş maksimum təzyiq danışıqlara kömək etmir.
"Qarşı tərəflə danışıqlara “yox” deyirik, çünki onlar diplomatiyanın dilini başa düşmürlər. Dünya gördü ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) İranın səyləri nəticəsində imzalanıb, lakin hər şey onların birtərəfli qaydada geri çəkilməsi ilə başa çatıb” - hökumət nümayəndəsi vurğulayıb.