Avropa İttifaqı ticarət nazirləri çərşənbə günü ABŞ-la artan ticarət qarşıdurması ilə bağlı təcili telefon danışığı keçirəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropanın Politico nəşri məlumat yayıb.
Məlumata görə, görüşlərin əsas mövzusu ABŞ prezidenti Donald Tramp administrasiyasının Aİ-dən idxala gömrük rüsumlarının tətbiqi ilə bağlı hərəkətlərinə Avropanın cavabının nə qədər sərt olması məsələsi olacaq.