Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri daha 1150 işğalçını məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, daha 1150 işğalçı və yüzlərlə texnika məhv edilib.
2022-ci il fevralın 24-də genişmiqyaslı işğalın başlamasından bəri Rusiyanın itkiləri:
şəxsi heyət - təxminən 853 030 (+1150) nəfər,
tanklar - 10 023 (+9),
döyüş zirehli texnikası – 20 871 (+27),
artilleriya sistemləri - 22 976 (+53),
RSZV – 1,276 (+1),
hava hücumundan müdafiə sistemləri – 1061 (+1),
təyyarə - 370 (+0),
helikopterlər – 331 (+0),
Əməliyyat-taktiki səviyyəli PUA – 24 919 (+164),
qanadlı raketlər – 3057 (+1),
gəmilər/qayıqlar – 28 (+0),
sualtı qayıqlar - 1 (+0),
avtomobil avadanlığı və yük maşınları – 36 928 (+121),
xüsusi avadanlıq – 3742 (+1).