İstanbul boğazı müvəqqəti olaraq nəqliyyata bağlanıb

08:10 - 12 Fevral 2025 - DÜNYA

 İstanbul boğazında gəmiçilik qatı duman səbəbindən müvəqqəti olaraq bağlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb.

"Yerli vaxtla saat 03:10-da hava şəraiti normallaşana qədər sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb", - məlumatda deyilir.

Türkiyə Sahil Mühafizəsinin məlumatına görə, çərşənbə gecəsi şəhərin şimal hissələrini qatı duman bürümüşdür.

İstanbulun bir sıra ərazilərində güclü qar yağması səbəbindən yerli hakimiyyət orqanlarının qərarı ilə fevralın 12-də məktəblərdə dərslər ləğv edilib.

Xəbər xətti