Rusiya təyyarəsi Polşa hava məkanına daxil olub

01:04 - 12 Fevral 2025 - DÜNYA

Polşa Silahlı Qüvvələri Rusiyanın Su-24 təyyarəsinin respublikanın hava məkanını pozduğunu iddia edir.

Ucnoqta.az xəbır verir ki, bu barədə silahlı qüvvələrin X hesabında məlumat yayılıb.

Polşa tərəfinin məlumatına görə, insident fevralın 11-də yerli vaxtla saat 14:09-da ölkənin ərazi suları üzərində Qdansk körfəzinin şərq hissəsində baş verib. Su-24MR-nin Polşa hava məkanını "maksimum 6,5 km dərinliyə qədər" daxil olduğu və orada "1 dəqiqə 12 saniyə" qaldığı iddia edilir.

Xəbər xətti