Rusiya Argentinaya etiraz notası verib
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın Argentinadakı diplomatik missiyasının rəhbəri Dmitri Feoktistov məlumat verib. Qeyd olunur ki, Rusiyanın Argentinadakı səfirliyi rusiyalı diplomatın axtarışı ilə əlaqədar etiraz notası göndərib.
Feoktistov qeyd edib ki, Argentina hakimiyyəti ötən dəfə yoxlamaların həddən artıq olduğunu və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarından xəbərsiz olan Buenos-Ayres polisinin səriştəsizliyini etiraf edib.