HƏMAS fevralın 15-dək girovları qaytarmasa, ... - Netanyahu

21:58 - 11 Fevral 2025 - DÜNYA

Fələstinin radikal HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv hərbi əməliyyatları bərpa edəcək.

Ucnoqta.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin 4 saatlıq iclasının yekunu üzrə deyib.

"Mənim qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiq etdiyi qərar belədir: Əgər Həmas şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və HƏMAS nəhayət məğlub olana qədər İsrail intensiv hərbi əməliyyatları davam etdirəcək" - Netanyahu bildirib.

Lakin o, İsrailin şənbə gününə qədər neçə girovun azad edilməsini tələb etdiyini dəqiqləşdirməyib.

Xəbər xətti