Hərbiçilərimiz "AMAN-25" təlimində uğurla iştirak edir

16:29 - 11 Fevral 2025 - Xəbər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusunun iştirak etdiyi Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkəmizi təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt olunması və müxtəlif ərazilərdə partlamamış mərmilərin və əldə düzəlmə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.

Bildirilib ki, "Sülh naminə birlikdə" şüarı ilə keçirilən "AMAN-25" çoxmillətli təlimində dəniz xüsusi təyinatlılarımız qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.

Xəbər xətti