Nəzarət olunan şəxslərin reyestrinin tətbiqinə başlanandan indiyədək əcnəbilər üzərində 688 mindən çox yoxlama aparılıb, bu müddət ərzində 95 min 608 qanun pozucusu müəyyən edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
"Reyestr işə salınandan indiyədək vətəndaşlar və təşkilatlar Rusiya Daxili İşlər Nazirliyinin onlayn xidmətləri və dövlət xidmətləri vasitəsilə əcnəbilər üzərində artıq 688 mindən çox yoxlama həyata keçiriblər. Onlardan 592 min 663-ü qanuni, 95 min 608-i qeyri-qanuni yolla Rusiya ərazisindədir" - o, Telegram kanalında yazıb.///tass