UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün 4 qarşılaşma ilə start veriləcək.
Ucnoqta.az-ın məlumatına görə, Fransanın iki təmsilçisi – PSJ və “Brest” üz-üzə gələcək. “Mançester Siti” isə doğma meydanda “Real Madrid”i qəbul edəcək.
Bundan başqa, “Yuventus” (İtaliya) evdə PSV (Niderland) ilə qarşılaşacaq, “Borussiya Dortmund” isə səfərdə “Sportinq” (Portuqaliya) ilə mübarizə aparacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
11 fevral
21:45 – "Brest" (Fransa) - PSJ (Fransa)
00:00 – "Sportinq" (Portuqaliya) - "Borussiya Dortmund" (Almaniya)
00:00 – "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
00:00 – "Yuventus" (İtaliya) - PSV (Niderland)
Qeyd edək ki, pley-off mərhələsinin digər 4 görüşü sabah baş tutacaq.