ABŞ prezidenti Donald Tramp Avropanın əczaçılıq məhsullarına rüsum tətbiq etmək istəyir, lakin konkret tarix verilməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.
Nəşrin məlumatına görə, bu qadağadan İrlandiya ən çox narahat olacaq. Qeyd olunur ki, 2023-cü ildə ABŞ 54 milyard avro məbləğində İrlandiya mallarının ən böyük idxalçısı olub.
Qəzet qeyd edir ki, tədbirlər “Ozempic” dərmanını istehsal edən Danimarkanın Novo Nordisk şirkətinə də təsir edə bilər.