Məhkəmədə Araz Ağalarov zərərçəkən kimi tanınıb

07:34 - 11 Fevral 2025 - Xəbər

“Krokus İnternational” şirkəti “Piknik” qrupunun “Crocus City Hall” konsert zalında konserti zamanı baş vermiş terror aktı ilə bağlı cinayət işində zərərçəkmiş tərəf kimi tanınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məhkəmə sənədində bildirilir ki, Krokus İnternational Səhmdar Cəmiyyəti Rusiya Federasiyasının müvafiq cinayət işi üzrə zərərçəkmiş kimi tanınsın. 
Terror aktı nəticəsində yanan və hazırda istifadə olunmayan "Crocus City Hall"un sahibi “Krokus İnternational” ASC-dir.

Cinayət-Prosessual Məcəlləyə əsasən, zərərçəkmiş şəxsin iş materialları ilə tam tanış olmaq, məhkəmə baxışında iştirak etmək, sübutlar təqdim etmək, vəsatətlər vermək və dəymiş ziyanın ödənilməsi barədə mülki iddia qaldırmaq hüququ vardır.
Qeyd edək ki, “Crocus City Hall”un sahibi Araz Ağalarovdur.

Xəbər xətti