CAR öz kriptovalyutasını buraxdı

20:49 - 10 Fevral 2025 - İQTİSADİYYAT

 Mərkəzi Afrika Respublikası (MAR) kriptovalyuta memecoin $CAR buraxıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Afrika Respublikasının prezidenti Faustin-Archange Tuadera məlumat verib.
O, bildirib ki, "Memcoin"in təqdimatı uğurlu olub. Biz həm ölkə daxilində, həm də xaricdə inanılmaz reaksiya gördük. Rəqəmsal gələcəyə dair baxışımıza inanan minlərlə insan bizə qoşuldu.
Bu hələ başlanğıcdır. MAR Coin-ə olan həvəs və kütləvi dəstək, transformasiyaedici qüvvə kimi blokçeynə olan inamımızı gücləndirdi. CAR bu inqilabı davam etdirəcək”.
- prezident X-də videomüraciətində qeyd edib.

Xəbər xətti