İsrail ordusu "Hizbullah" anbarlarına zərbələr endirib

00:33 - 10 Fevral 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədində "Hizbullah" hərəkatı tərəfindən silah qaçaqmalçılığı üçün istifadə edilən tunelə, həmçinin Livan ərazisində radikalların bir neçə silah anbarına və raket buraxılış qurğularına zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Hərbçilər qeyd ediblər ki, onlar daha əvvəl tunelə hücum ediblər və onun bərpası və istifadəsinə mane olacaqlar.

Bildirilir ki, bundan başqa, İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın bir neçə obyektinə zərbələr endirib, orada sursat və raket buraxılış qurğuları var və bu obyektlər dərhal təhlükə yaradıb.

Xəbər xətti