Mənim iddiam yoxdur, məndə vergi, xidmət, liderlik var. Xidmətinizdəyəm. Mənə xəbərdarlıq olub ki, əbləhlərdən özünü qoru. Mən bu qədər fəxri ad daşıyıram. Elza Seyidcahan bu gün o qədər fəxri ad alıbsa, siz Elzadan deyil, ona fəxri adlar verənlərin əlindən yanırsınız.
Ucnoqta.az xəbər verir ki, bunu Modern.az-a müsahibəsində bəstəkar, müğənni, şair, I dərəcəli vokalist, Əməkdar artist, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elza Seyidcahan deyib. Elza Seyidcahan bildirib ki,1988-ci ildən bu şeirləri yazıram:
"İddialı olsaydım, gedib bir vəzifədə oturaradım. Buna mənim gücüm də var. Olardım haranınsa direktoru, naziri, icra başçısı".
Bəstəkar deputatlığa namizədliyindən də danışıb:
"O iddia deyil, o çağırış idi. Məni Allah ora göndərdi. Dedilər ki, sən Siyəzənə, Şabrana bilə-bilə getdin. Mən Gədəbəyə, Naxçıvana, Kəlbəcərə, hətta dünyanın harasına getsəydim, hörmətim olacaqdı, səs salacaqdım. Növbəti şüarım olacaq “Seçilənə qədər gedəcəyəm!”. Niyə də getməyim? Nə gec, nə tez - tam zamanında gəlirəm. Nə cavan deyiləm cahil olam, nə də qoca deyiləm ki, seçicilərim gəlsin, onlara "məni narahat etməyin" deyim. Xəstəsənsə, niyə seçilirsən? Seçicilərin yanında, evində olmalıyıq. Mən ora gedib seçkiyə qatılanda utanmıram. Çünki mən sizə lazımam".