Kabildə partlayış zamanı nazir həlak olub
Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə mənbəyə istinadən məlumat yayıb.
“Taliban” radikal hərəkatının yaratdığı Əfqanıstan hökumətinin qaçqınlarla iş üzrə naziri Xəlil ur-Rahman Haqqani Kabildə partlayış nəticəsində həlak olub.
Bildirilir ki, Əfqanıstanın qaçqınlarla iş üzrə naziri Xəlil Həqqani nazirliyin Kabilin mərkəzindəki binasında baş verən partlayış nəticəsində həlak olub.
Hadisə ilə bağlı əlavə təfərrüatlar verilmir.