Koreya Respublikasının polisi hələ də axtarış aparmaq üçün prezident administrasiyasının binasına daxil ola bilməyib.
Ucnoqta.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, prezidentin təhlükəsizlik xidməti istintaqla əməkdaşlıqdan imtina edir.
Bir qrup müstəntiq axtarış aparmaq üçün günortadan əvvəl hadisə yerinə gəlib, lakin yerli vaxtla saat 16:00-a inzibati binaya daxil olmayıb.