Moldova hökuməti parlamentdən Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması fonunda humanitar böhran təhlükəsi ilə əlaqədar dekabrın 16-dan 60 gün müddətinə fövqəladə vəziyyət tətbiq etməyi xahiş edir.
Ucnoqta.az xəbər verir ki, Nazirlər Kabinetinin internet saytında yayımlanan iclasda müvafiq qərar təsdiq edilib.
“Dekabrın 16-dan 60 gün müddətinə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı parlamentə müraciəti təsdiqləyir”, - baş nazirin müavini Oleq Serebryanın sərəncamında deyilir.