Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Maştağa Xəstəxanasına yeni baş həkim təyin edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Namiq Nəbiyev sözügedən vəzifəyə gətirilib.
Məlumata görə, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova bu gün xəstəxanaya gedib və yeni baş həkimi kollektivə təqdim edib.
Qeyd edək ki, Namiq Nəbiyev uzun illər Sabunçu Tibb Mərkəzinin Yoluxucu şöbəsinin müdiri, həkim-infeksionist kimi fəaliyyət göstərib.