Moldova NATO ilə tərəfdaşlığa sadiqdir - Sandu

12:17 - 11 Dekabr 2024 - DÜNYA

Moldova prezidenti Maia Sandu NATO-nun yeni baş katibi Mark Rutte ilə görüşdə hərbi təşkilatla tərəfdaşlığa sadiqliyini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sandu bəyan edib ki, Moldovanın Şimali Atlantika Alyansı ölkələri ilə əməkdaşlığı vətəndaşlar üçün daha təhlükəsiz mühitin yaradılmasına, ordunun müdafiə qabiliyyətinin gücləndirilməsinə və bütövlükdə cəmiyyətin sabitliyinə töhfə verib.

Xəbər xətti