Ermənistan Konstitusiyasında qonşu ölkələrə ərazi iddiası yoxdur - Paşinyan

11:15 - 11 Dekabr 2024 - DÜNYA

Ermənistan Konstitusiyasının heç bir müddəasında qonşu ölkələrə ərazi iddiası yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan özünün X səhifəsində yazıb.

"Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız bəyannamənin Konstitusiyanın maddələrində təsbit olunmuş müddəalarına aiddir", - Paşinyan qeyd edib.

Xəbər xətti