Paytaxtın bir sıra ərazilərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK 4” yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar saat 11:00-dan saat 14:00-dək Binəqədi kəndində, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində aparılan təmir işləri ilə bağlı saat 10:00-dan saat 14:00-dək Elşən Mehdiyev, İvan Anaşkin, İnqilab, Lətif Sultanov və Bəşir Bünyadov küçələrində, Suraxanı RETSİ-nə daxil olan transformator məntəqəsində həyata keçirilən yenidənqurma işlərinə görə saat 10:00-dan saat 15:00-dək Qaraçuxur qəsəbəsinin Vağzal və Kərəm İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.