Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bildirilib ki, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Sulutəpə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.