İran prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə görüşəcəyini, tərəflərin Suriya böhranının həlli yollarını müzakirə edəcəklərini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Yaxın vaxtlarda mənim Rusiya prezidenti ilə Suriyadakı vəziyyətlə bağlı görüşüm olacaq”, - Pezeşkian deyib.
İran prezidenti əlavə edib ki, Moskva və Tehran Suriyada vəziyyətin sabitləşməsi üçün əllərindən gələni edəcəklər.