"Lonq Aylend" klubunun xokkeyçisi Konnor Kasin 18 yaşında ABŞ-da keçirilən xeyriyyə matçı zamanı dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Post məlumat yayıb.
Məlumata görə, hadisə Nyu-Yorkun Oyster Bay şəhərində keçirilən xeyriyyə matçı zamanı baş verib. Görüş zamanı Kasin buzun üstündə huşunu itirib. Xokkeyçiyə tamaşaçılar tərəfindən ilkin tibbi yardım göstərilib.
Kasin daha sonra xəstəxanaya aparılıb, həkimlər xokkeyçinin öldüyünü bildiriblər.
Xeyriyyə matçı 2023-cü ildə yol qəzasında dünyasını dəyişən xokkeyçi Sabrina Navarettin xatirəsinə həsr olunub.