İsrail SEPAH-ın raket istehsalı üçün kosmik mərkəzini məhv edib - NYT

07:57 - 30 Oktyabr 2024 - DÜNYA

İsrail oktyabrın 26-da İranın Semnan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) idarə etdiyi Şahrud kosmik mərkəzinə zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) Amerikanın “Planet Labs” operatorunun yeni peyk görüntülərinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, bərk yanacaqlı raket mühərrikləri "Şahrud"un mərkəzi binasında istehsal olunur.
Onlar İranın İsraili vura biləcəyi orta mənzilli ballistik raketlərin kütləvi istehsalı üçün istifadə olunur.

NYT yazır ki, son illərdə SEPAH İran Silahlı Qüvvələrinin proqramından ayrı olaraq özünün raket istehsalı proqramı hazırlayıb.

Qəzet həmçinin bildirir ki, İsrail mərkəzdən əlavə, neft emalı və neft-kimya zavodlarını qorumaq üçün hücumları dəf edən İranın hava hücumundan müdafiə sistemlərini, eləcə də İranın cənubundakı böyük qaz yatağı və limanını məhv edib.

Xəbər xətti