Çarlz III Avstraliyaya səfəri zamanı müalicəsini dayandıracaq

00:15 - 8 Oktyabr 2024 - DÜNYA

 Britaniya kralı III Çarlz gələn həftə Avstraliya və Samoa arxipelaqına gözlənilən səfəri zamanı xərçəng xəstəliyindən müalicə almayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail qəzeti yazır.

Nəşrin məlumatına görə, monarxın həkimləri ona həftəlik qəbul etdiyi terapiyanı müvəqqəti dayandırmağa icazə veriblər. Əlahəzrətin Sakit okean turu oktyabrın 18-də başlayacaq və 11 gün davam edəcək.
O, müalicəsini yenidən Böyük Britaniyada davam etdirəcək.

Fevralın əvvəlində Bukingem Sarayı III Çarlza xərçəng diaqnozu qoyulduğunu elan etdi, bundan sonra o, əksər dövlət işlərindən müvəqqəti olaraq geri çəkildi.
Monarxın dəqiq diaqnozu açıqlanmayıb, lakin bu, kralın prostat vəzinin böyüməsi səbəbindən yanvarın 26-da əməliyyat olunduqdan sonra qoyulub.
 Xəstəliyinə baxmayaraq, əlahəzrət son aylarda daha tez-tez ictimaiyyət qarşısına çıxır.

Avstraliyaya və Birlik ada dövləti Samoaya səfər monarxın xərçəng diaqnozu qoyulduqdan sonra ikinci xarici səfəri olacaq.
///tass

Xəbər xətti