Brent markalı neftin qiyməti avqustun 30-dan bəri ilk dəfə bir barel üçün 78 dolları ötüb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti avqustun 30-dan bəri ilk dəfə 78 dollar/bareldən yuxarı qalxıb.
Belə ki, Brent markalı neftin bir barelinin qiyməti 78,23 dollara (+0,79%) ticarət edilib.
Eyni zamanda, WTI markalı xam neftin noyabr fyuçersləri 0,86% bahalaşaraq bir barel üçün 74,27 dollar olub.