İranın xarici işlər naziri Beyruta səfər edib

11:12 - 4 Oktyabr 2024 - DÜNYA

İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərliyi ilə nümayəndə heyəti Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün Beyruta gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran departamentinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.

"Xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi, həmçinin Məclisin iki üzvü və Qızıl Aypara Cəmiyyətinin rəhbərinin də daxil olduğu nümayəndə heyətimiz Livan hakimiyyətinin nümayəndələri ilə görüşəcək” - Bəqayi X -də yazıb.

Xəbər xətti