Avstraliya, Hindistan, ABŞ və Yaponiya liderləri sentyabrın 21-də Delaver ştatının Vilminqton şəhərində Dördtərəfli Təhlükəsizlik Dialoqu (Dördlü) çərçivəsində görüşəcəklər və burada strateji əməkdaşlıq, Asiya-Sakit Okean regionunda ətraf mühit və dəniz təhlükəsizliyini müzakirə edəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı bəyanatında deyilir.
Məlumata görə, ABŞ prezidenti Co Bayden 21 sentyabrda Vilmingtonda (Delaware) Sammitinə ev sahibliyi edəcək.
İclasda Avstraliyanın baş naziri Entoni Albanese, Hindistanın baş naziri Narendra Modi və Yaponiyanın baş naziri Fumio Kişida iştirak edəcək.