“Onların qəbuluna düşmək nazirin qəbuluma düşməkdən daha çətindir”

12:16 - 10 Sentyabr 2024 - Cəmiyyət

“Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir”.

Ucnoqta.az xəbər verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir belə halların olduğunu deyib:

“Məktəb direktorları, valideynlərlə siz görüşürsünüz, siz onlara lazım olan mesajı çatdırırsınız. Bu halda siz həmin mesajı necə çatdırırsınız? Mən istəyərdim ki, biz bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq”.

Xəbər xətti