Sumqayıtda 8 yaşlı qız faciəvi şəkildə ölüb

17:09 - 5 Avqust 2024 - HADİSƏ

Sumqayıtda 8 yaşlı qız faciəvi şəkildə ölüb.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2016-cı il təvəllüdlü Sevil Allahverdiyeva yaşadığı evin həyətində oynayarkən ipi yandırıb. Nəticədə yanan ipdən uşağa od düşüb. Valideynləri tərəfindən söndürülərək təcili xəstəxanaya çatdırılan azyaşlı aldığı yanıq xəsarətlərindən orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti