Debbi qasırğası Florida sahillərinə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Məlumata görə, qasırğa minə yaxın insanın yaşadığı sahilyanı Ştaynxetçi qəsəbəsinə təsir edib. Küləyin maksimal sürəti 36 m/s-dir.
Avqustun 3-də Kuba sahillərində "Debbi" tropik qasırğası əmələ gəlib və Meksika körfəzinə doğru irəliləməyə başlayıb.
Florida və Cənubi Karolinanın bəzi hissələri üçün fırtına xəbərdarlığı edilib.