İndoneziyada toyuq-yumurta mübahisəsi bıçaqlanma ilə nəticələnib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Thaiger yazır.
Polisin məlumatına görə, iyulun 24-də Sulavesidən yenicə tanış olan iki kişi birlikdə içki içmək qərarına gəliblər. Daha sonra onların toyuq və ya yumurtanın ilk əmələ gəlməsi yadlarına düşüb. 47 yaşlı Markou cavab verməkdə çətinlik çəkib, ayrılmaq istədiyini açıqlayıb.
Bundan sonra D.R. cəld evə qaçıb, bıçağı götürüb dostunun arxasınca gedib. O, kilsənin yanında onu yaxalayıb və bıçaqla ona 15 bıçaq zərbəsi endirib. Kişi təcili xəstəxanaya yerləşdirilsə də, çoxlu qan itirdiyindən həkimlər onu xilas edə bilməyiblər.
D.R. könüllü polisə təslim olub.