Taksilərdə gediş haqqı bahalaşdı: Problemlər isə ... - FOTO

12:46 - 23 İyul 2024 - Xəbər

Tanınmış müğənni 189 taksi şirkətindən narazılıq edib

Ucnoqta.az xəbər verir ki, tanınmış müğənni Nura Suri 189 taksi şirkətindən taksi sifariş verib. Sifarişlə gələn taksi isə salonu çirkli və avtomobilin özü qəzalı vəziyyətdə olub.

Qeyd edək ki, artıq bir müddətdir Azərbaycanda taksi fəaliyyəti üçün xüsusi icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) tələb olunur. Taksi sürücüləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təlimlərə cəlb olunur. İyulun 1-dək buraxılış vərəqi alan sürücülərin sayı 11 mini ötüb.

Paytaxtda beynəlxalq səviyyəli tədbirə az müddət qalsa da görünən odur ki, hələ də taksi fəaliyyəti ilə bağlı problemlər qalmaqdadır. Köhnə avtomobillər hələ də taksi kimi fəaliyyət göstərir. Taksi xidmətindən narazılıq edənlərin sayı da artmaqdadır.

Xatırladaq ki, iyulun 1-dən taksilərdə tələb olunan yeniliklərə görə gediş haqqı dəfələrlə bahalaşıb.


Xəbər xətti