İndiyədək 4 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

17:38 - 19 İyul 2024 - Xəbər

İndiyədək 806 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.


Deputatlığa namizədliyi irəli sürülən 806 nəfərdən 532 nəfərin namizədliyi təsdiqlənib, onlardan 451 nəfərə imza vərəqi verilib.

31 nəfər imza vərəqələrinin doldurulmasını təmin edərək namzidəliyinin qeydə alınması üçün seçki komissiyalarına təqdim edib.

4 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib.///APA

Xəbər xətti