Kanada nümayəndələrinin Ermənistandakı Aİ missiyasında de-fakto görünməsi ...

07:50 - 12 İyul 2024 - DÜNYA

Kanada nümayəndələrinin Ermənistandakı Aİ missiyasında de-fakto görünməsi NATO-nun Cənubi Qafqaza sürünən nüfuzu deməkdir.

Ucnoqta.az xəbər  verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin RİA Novosti-yə bildirib. Onun sözlərinə görə, Moskva Ermənistanın razılığı ilə Aİ missiyasının daimi ola biləcəyindən də narahatdır. Qaluzin qeyd edib ki, qərblilərin Aİ-nin Ermənistandakı missiyası zamanı Rusiyanın, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlərin hədəfləri ilə bağlı kəşfiyyat məlumatları topladığını deməyə əsas var.

Xəbər xətti