Sevdiyi şəxsə qoşulub qaçan yeniyetmə qız məktub da yazıbmış

11:49 - 10 İyul 2024 - Cəmiyyət

Ağdamda qoşulub qaçan qız ilə bağlı detallar üzə çıxıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2008-ci il təvəllüdlü Aytac Elməddin qızı Əlizadə 1997-ci il təvəllüdlü Əsəd İbrahim oğlu Cavadzadə ilə qaçıb.

Onların əslində qonşu və aralarında sevgi münasibətləri olduğu bildirilib.

Məlum hadisə baş verən gün qız evdən qaçmadan öncə məktub yazıb.

Daxili İşlər Nazirliyi də bu hadisə ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyul ayının 6-da Ağdam rayonun Çəmənli kəndindəki fermadan 16 yaşlı qızın ailə qurmaq məqsədi ilə qaçırılması barəsində valideyni tərəfindən Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib:

"Hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir".

Xəbər xətti