Qadınları saqqallı, yoxsa saqqalsız kişilər cəlb edir?

07:05 - 10 İyul 2024 - Cəmiyyət

Avstraliyanın Sunshine Coast Universitetinin müəllimi Barnaby JW Dixson və onun həmkarları tərəfindən aparılan araşdırma yenidən sosial mediada trend mövzusuna çevrilib.

Ucnoqta.az xəbər verir ki, Dixson və həmkarları araşdırmaları və çənə ölçüsü və saqqal haqqında əldə etdikləri məlumatlar çərçivəsində bir məqalə dərc etdilər. Bəs, qadınlar saqqallı, yoxsa saqqalsız kişiləri daha cəlbedici görür? 

Hazırda Avstraliyanın Kvinslend ştatının Sunshine Coast şəhərindəki dövlət universitetlərindən birində müəllim işləyən Barnaby JW Dixsonun keçmiş araşdırması yenidən sosial mediada trend mövzusuna çevrilib.

Araşdırmada 37 saqallı və saqqalsız kişilərin fotolarından istifadə olunub
Dixson və komandası həm saqqalsız, həm də saqqallı 37 kişinin fotoşəkillərindən istifadə edib.

Kiçik çənəsi olanlar saqqal uzatmaldır

Araşdırmanın nəticələrinə görə, saqqal uzatmaq çənə ölçüsü kiçik olan kişilərin cəlbediciliyini artırır.
Çənəsi gözəl görünən və kəskin xətləri olanlar üçün saqqal uzatmağın heç bir fərqi yoxdur.

İti çənəli olanlar təraş olmalıdır
Ancaq çox güclü çənə xətti olan insanlara estetik məqsədlə yaxın təraş etmələri məsləhət görülür.
1973-cü ildə aparılan araşdırmanın nəticələrinə görə, saqqal saxlayan kişilər daha yetkin, özünə güvənən və cəsur görünürlər.

Xəbər xətti