ABŞ-da atışma - 3 nəfər ölüb

07:41 - 6 İyun 2024 - DÜNYA

İyunun 4-də ABŞ-da Alabama ştatının Montqomeri şəhərində baş verən atışmada azı 3 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü NBC ştat polisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin Latino icmasının üzvlərinə məxsus ərzaq mağazasında baş verib. Ölənlərdən ikisi mağaza işçisi, digəri isə alış-veriş edən şəxs olub. 

Şübhəlilərin kimliyi hələ müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti